AZ

Konte A Seriyası klubu ilə razılığa gəldi

İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte "Napoli"yə rəhbərlik etməyə razılaşıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Onun illik maaşı 6,5 milyon avro olacaq. Kontenin sonuncu iş yeri "Tottenhem" olub.

Komandanın hazırkı baş məşqçisi Luçano Spalletti mövsümün sonunda "Napoli"dən ayrıla bilər.

Neapol təmsilçisi hazırda 33 turdan sonra 49 xalla 8-cidir.
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla