AZ

Ağstafada növbəti ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nin elanilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq, atmosferə atılan karbon qazlarının azaldılması məqsədi ilə Ağstafa şəhərində yaşayış binalarının ətrafında yaşıllıq zonaları salınır. 

"Unikal" xəbər verir ki, Hüseyn Arif küçəsində yerləşən 88 mənzilli 4 və 6 saylı yaşayış binalarının ətrafında təşkil olunan növbəti ağacəkmə aksiyasında RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə şam ağacı tingləri və dekorativ kollar əkilib, yerə ot çimləri döşənib, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib.

 

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla