AZ

Rabitəbank rəhbərliyi Nyu Yorkda...

Azərbaycanın bankçılıq missiyası çərçivəsində ABŞ-a baş tutmuş işgüzar səfərin yekun görüşü 23 aprel 2024-cü il tarixində Nyu York şəhərində Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” rəsmiləri ilə baş tutdu.

Görüşdə “Bank of New York Mellon”un baş icraçı vitse-prezidenti Hani Kablawi-yə Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev tərəfindən Azərbaycanın bankçılıq missiyası haqqında məlumat verilib və ikitərəfli əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Rabitəbank ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Seçilən
87
6
Mənbələr
Şərh ()
Bağla