AZ

Modriç üçüncü oldu

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç "Real"da 527-ci oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, o, "Real Sosyedad"la görüşün ikinci hissəsində meydana daxil olub.

Modriç Madrid klubunda ən çox oyun keçirən üçüncü legioner futbolçu olub. Bu göstəricidə rekordçu 648 oyunla Kərim Benzemadır. İkinci isə 546 görüşlə Marselodur.

"Real" "Real Sosyedad"ı məğlub edib - 1:0. Komanda La Liqada liderdir.
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla