AZ

Marşanla Kopitar klub rekordunu təkrarladı

MHL-də Stenli kuboku uğrunda mübarizə, daha dəqiqi, konfranslarda 1/4 final seriyaları davam edir.

“Boston”un hücumçusu Bred Marşan “Toronto” ilə seriyanın 3-cü oyununda dublla yadda qaldı. Bu oyundakı 2-ci qol 35 yaşlı hokkeyçiyə “Boston”un tarixində pley-offda qol sayına görə 1-ci pilləyə yüksəlməyə imkan verdi. Hesabında 55 dəqiq zərbə olan Bred Kem Niliyə məxsus klub rekordunu təkrarladı. Amma Nili bu qədər qolu 86 oyunda vurmuşdusa, Marşan ona çatmaq üçün 149 oyun keçirib.

“Los-Anceles”in hücumçusu Anje Kopitar “Edmonton”la oyunda buz üzərinə çıxmaqla klubunun tarixinə düşüb. Belə ki, 36 yaşlı sloveniyalı hokkeyçi karyerası boyunca MHL-in pley-offunda 94 oyun keçirib. “Los-Anceles”in indiyə qədər pley-offda oyun sayına görə rekordçusu olan Lük Robitayl da eyni göstəriciyə malikdi.

Seriyalardan ikisində hesab arasında böyük fərq yaranıb. Belə ki, “Tampa-Bey” ilə “Aylenders”in 0:3-dən sonr geridönüş edəcəyi qətiyyən inandırıcı görünmür. “Tampa-Bey”in baş məşqçisi Con Kuperin bununla bağlı fikirləri: “Belə vəziyyətə düşmək, bununla bağlı danışmaq çox ağırdı. Ancaq əsas söhbət ondan ibarətdi ki, növbəti oyunda buz üzərində məhz uğura inananlar olacaq. Yox, inanmırsansa, onda gəlmə. Odu ki, baxaq görək növbəti oyunda nələr olacaq”.

25 aprel

Toronto – Boston 2:4 (0:0, 1:1, 1:3)
Seriyada hesab – 1:2.
Dallas – Veqas 1:3 (1:1, 0:1, 0:1)
Seriyada hesab – 0:2.
Edmonton – Los-Anceles 4:5 ОТ (1:3, 2:0, 1:1, 0:1)
Seriyada hesab – 1:1.

26 aprel

Tampa-Bey – Florida 3:5 (0:1, 2:2, 1:2)
Seriyada hesab – 0:3.
Aylenders – Karolina 2:3 (0:2, 2:1, 0:0)
Seriyada hesab – 0:3.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla