AZ

Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
6
45
Mənbələr
Şərh ()
Bağla