AZ

Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO

Uzun müddətdir gözlərdən uzaq həyat yaşayan aktrisa Gül Onat ilk dəfə səhhəti ilə bağlı açıqlama verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı aktrisa bir il əvvəl çox riskli bir əməliyyat keçirib. O uzun müddətdir müalicə alırmış.

Aktrisanın mədəaltı vəzinin yarısı, bütöv dalağı və nazik bağırsağının bir hissəsi əməliyyatla götürülüb. Keçirdiyi əməliyyatlardan sonra onun xarici görünüşü də tamamilə dəyişib və tanınmaz hala düşüb. 

Bu barədə danışan aktrisa "Sağalacağıma heç ümidim yox idi" deyə bildirib. O daha sonra kimyaterapiyaya və radioterapiyaya başladığını bildirib.

"Heç vaxt pozitiv düşünə bilmədim. Lakin bu günümə şükür. Bu günləri də gördüm. Bu müddətdə həmişə ölümün gəlməyini gözlədim və qorxmadım. Düşmənimə belə bu xəstəliyə tutulmağı arzu etmirəm" -deyə, Onat qeyd edib. 

Xatırladaq ki, Gül Onat 1953-cü il noyabrın 24-də Ankarada doğulub. Ankara Dövlət Konservatoriyasında aktrisalıq üzrə təhsil alıb.

"Sihirli Annem", "Hangimiz Sevmedik", "Lale Devri", "Klavye Delikanlıları" və "Köstebekgiller" kimi reytinqli ekran işlərində müxtəlif rollar canlandırıb. 

Seçilən
70
3
Mənbələr
Şərh ()
Bağla