AZ

SON DƏQİQƏ: 6,9 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın cənub-qərbindəki Oqasavara adaları yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, 6,9 bal gücündə zəlzələ yerli vaxtla saat 17:36-da baş verib.

Zəlzələ 540 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, yerli olaraq "Bonin adaları" kimi tanınan Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənub-şərqdə və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.


Seçilən
100
2
Mənbələr
Şərh ()
Bağla