AZ

Ceyranbatan su kanalında batan uşağın meyiti tapılıb

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi tapılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, meyit nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
Seçilən
1
50
Mənbələr
Şərh ()
Bağla