AZ

Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi

22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.

Fins.az xəbər verir ki, bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən “Bank Respublika”ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.

Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. 

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.

Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

 

Seçilən
82
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25499
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16624
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14204
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13823
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11285
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10394
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10386
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9929
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9199
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
7808
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7052
Səidə Sultan klipi üçün lüt soyundu
6899
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6113
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5869
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5484
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5100
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4462
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4333
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4094