"Milan"ın baş məşqçisi Stefano Pioli açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çıxışından danışıb:
"İnter" dörd ildir, çempionatın ən güclü komandasıdır. Buna baxmayaraq, iki dəfə skudettonu qazanıblar. Biz heç vaxt A Seriyasının ən güclü komandası olmadıq. Son derbilərin nəticəsini dəyişdirməkçün hər şeyimi verərdim, amma təəssüf ki, alınmır". "İnter" A Seriyasında çempionluğunu rəsmiləşdirib. "Milan" isə ikinci sıradadır.