AZ

“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı (FOTO)

Bakı. Trend:

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinətabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxtərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev TofiqTaleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaqŞöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işibaşlanılıb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 2kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin,marixuana və narkotiklərin satışında istifadə etdiyi elektrontərəzi götürülüb.

Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsininvə Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adıaltında paytaxt ərazisində narkotiklərin satışı və daşınması iləməşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona“saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.

“Koroğlu”da
Seçilən
12
24
Mənbələr
Şərh ()
Bağla