AZ

Putin fərman imzaladı: İtaliya Rusiya səfirini çağırdı

Rusiya prezidenti Vladimir Putin İtaliyanın məşhur avadanlıq istehsalçısı "Ariston"un Rusiyadakı törəmə şirkətinin "Qazprom" strukturuna köçürülməsi ilə bağlı fərman imzaladıqdan sonra İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu çağırıb.

Publika.az xəbər verir ki, bu fərmana əsasən Rusiyadakı xarici şirkətlərin aktivləri yerli idarəetməyə verilir.

İtaliya transferi gözlənilməz adlandırıb və rusiyalı diplomatdan açıqlama tələb edib.

Aprelin 26-da Vladimir Putin “Ariston” və “BSH Hausgerate” şirkətlərinin Rusiyadakı törəmə şirkətlərinin “Qazprom” Məişət Sistemləri ASC-nin müvəqqəti idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb. Bunlar “Ariston Thermo Rus” və BSH Məişət Avadanlıqlarının strukturlarıdır. Kənar nəzarətə keçidin müvəqqəti həyata keçirildiyi göstərilir. Hər iki şirkətin nizamnamə kapitalındakı səhmlərinin 100 faizi köçürülüb.

Seçilən
66
36
Mənbələr
Şərh ()
Bağla