AZ

Dursun Özbək yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

Türkiyənin “Qalatasaray” klubunun rəhbəri Dursun Özbək İstanbul təmsilçisinin prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçkilər mayın 25-də təşkil olunacaq. Klubun indiki rəhbəri sözügedən seçkidə namizəd olacağını bəyan edib:

“Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam”.

Xatırladaq ki, Dursun Özbək 2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illər aralığında da bu vəzifəni icra edib.

Seçilən
62
47
Mənbələr
Şərh ()
Bağla