AZ

Azərbaycanda məşqçilərin futbolçuları səhv anlatdığını görürük - Adino Mustedanaqiç

Bakı. Trend:

“Sabah”ın U-19 komandasının xorvatiyalı baş məşqçisi AdinoMustedanaqiçin İdman.biz saytına müsahibə verib.

Trend İdman.biz-əistinadən müsahibəni təqdim edir:

- Azərbaycan çempionu titulunu qazandız. Bu yol asan,yoxsa çətin oldu?

- Liqada müxtəliflik var, yəni bütün komandalar fərqli oynayır,siz diqqətli və motivasiyalı olmalısınız. Qarşılaşmaya 100 faizfokuslanmasanız, hər an oyun əldən gedə bilər. Sonra onu bərpaetmək çətindir.

- Qızıl medallar uğrunda əsas rəqibləriniz kimləridi?

- Yadımda qalan məqamlardan biri "Araz-Naxçıvan”la ilk oyundur.1:1 hesabı ilə davam edən matçda iki qırmızı vərəqə aldıq. Yaxşıoynayıb, oyunun son saniyəsində qol vurmağı bacardıq. “Qəbələ”,“Səbail”, “Neftçi” və “Qarabağ”la mübarizələr çox maraqlı keçdi.Bütün rəqiblərimizdən xal aldığımız üçün komandamla fəxredirəm.

- Sizcə, gənc futbolçularımızın səviyyəsinecədir?

- Azərbaycanlı futbolçular çox intensiv oynayırlar, bu, yaxşıhaldır. Problem bu tempi 90 dəqiqə saxlamaqdadır. Yaşı 15-dən aşağıolan oyunçuların istedadı və oyunu demək olar ki, eynisəviyyədədir. Bunu bir daha mayda Antalyada keçiriləcək turnirdəyoxlayacam. Həmin vaxt U-14 və U-15 komandalarımız dünyanın həryerindən olacaq güclü rəqiblərlə turnirdə mübarizə aparacaq.

- Bəs ölkəmizdə uşaq futbolunda əsas problemlərnədədir?

- Problem və ya daha dəqiq desək, inkişafın azalması uşaqlarınböyük meydanda 11 nəfərlə oynadıqları andan başlayır. "Sabah"daapardığımız təhlilə əsasən belə qənaətə gəlmişik. Yarım meydanda 7oyunçudan bütöv meydana 11 nəfərlə keçid bəzən kimlərinsəperformansının düşməsinə səbəb olur. Oyunçuların sayının vəmeydançanın ölçüsünün tədricən artırılması bu uyğunlaşmanı təminedə bilər. Məsələn, U-12-də 9 futbolçu ilə oynamaq. Bu, futboluninkişafı üçün düzgün kontekst yaradacaq. Digər problem məşqçilərləbağlıdır. Futbol ünsiyyətin ən böyük əhəmiyyət kəsb etdiyi komandaidman növüdür. Problemləri kollektiv şəkildə həll etməkbacarığıdır. Siz fərdi idman növləri üzrə çox istedadlı xalqsınız.Orada çoxlu medallar qazanırsınız. Hətta futzalda da əla nəticələrvar. Lakin futbolda uşaqların komanda ilə ünsiyyətində fərdixüsusiyyətlərinə və top bacarıqlarına çox güvəndikləri üçün onlarınqərar qəbul etmə qabiliyyəti aşağı düşür. Adətən insanlar ünsiyyətitaktika ilə səhv salırlar, lakin taktika sadəcə oyunu inkişafetdirmək üçün bir vasitədir. Məşqçilərin ünsiyyət yaratması üçünedə biləcəyi daha çox şey var. Digər məsələ qərar verməqabiliyyətidir. Futbolda adi gözlə görə biləcəyimizdən daha çox şeyvar. Aparılan araşdırma göstərir ki, 80 faizdən çox səhv ötürmələr,səhv qərarlar səbəbindən olur və məşqçi buna müdaxilə edə bilmir.Biz hətta çalışdırıcıların oyunçulara nə etməli olduqlarını səhvanlatdığını görürük. Oyun zaman məşqçi susmalıdır. Ancaq məşqçininbilik və bacarığı olmalıdır ki, onu oyunçuya ötürə bilsin. Uzunsözün qısası, məşqçi təhsilində ünsiyyət və qərar verməqabiliyyətinin nə olduğu, onların futbolda yeri və futbolfəaliyyətinin təkcə topa vurmaqdan ibarət olmadığıvurğulanmalıdır.

- Bunlardan başqa çatışmazlıq yoxdur?

- Zəif infrastruktur səbəbindən oyunçular pis meydançalara vəartan zədələrə məruz qalırlar ki, bu da avropalı uşaqlarlamüqayisədə məşq vaxtını azaldır. Gənc futbolçuların çoxunun yediyiyeməkdən razı deyiləm. Qidalanmada zülal azdır və onların əzələkütləsi çox aşağıdır. Xarakter baxımdan hiss edirəm ki, gənclərüçün futbol kontekstinin inkişafı yaxşı deyil. Bu istedadlarınməşqi, ən güclünün sağ qalmasıdır. Çox şey daim dəyişir vəoyunçular şüursuz olaraq əsasən özlərini qısamüddətli hədəflərəfokuslayırlar. Onlar komfort zonasında qalmağı seçirlər. Azərbaycanfutbolunda hamımızın əsas işindən biri gənc futbolçuları narahatvəziyyətlərə salıb, çətinliyə alışdırmaqdır. Bu özü ilə inkişafıgətirə bilər.

- Azərbaycanda gələcəkdə işləyəcəyiniz klublara və yaXorvatiyanın digər klublarına məsləhət görə biləcəyiniz uşaqlarvar?

- Bəli, Azərbaycanda maraqlı oyunçular çoxdur. Biz hər il onlardanbəzilərini Zaqreb “Dinamo”suna göndəririk ki, nə qədər inkişafetdiyimizi görək və bu klub da həmişə onlardan razı qalır. Həttasənədləşmə işləri aparılsaydı, onları komandalarında saxlayardılar.Bir az böyükyaşlı uşaqlarda Avropa klubları onların hansı oyunlardameydanda olduğuna diqqət yetirir. “Dinamo” və digər böyük Avropaklubları isə ən çox futbolçunun Avropa Liqalarında və millikomandasında oyunudur.

- “Sabah” avrokuboklarda ölkəmizi təmsil edəcək. Uğurluolmaq üçün nələr etməyi düşünürsüz?

- UEFA Gənclər Liqasının olması AFFA Gənclər Liqasına əlavəintriqa qatır. Ona görə də hamı həmin çempionat qalib gəlməkistəyir. Çünki hamı Avropada çıxış etməkar zusundadır. BizAzərbaycanı ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq vədüşünürəm ki, buna hazırıq. Təbii ki, məsuliyyətimizi dərk edirik.Amma real olaraq, bəzi oyunçularımız üçün bu, Avropada ilk oyuntəcrübəsi olacaq. İstəyirik ki, maksimumlarını göstərsinlər.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla