AZ

Estoniya mayın 1-dən gecə saatlarında Narva keçid məntəqəsini bağlayır

Estoniya hakimiyyəti mayın 1-dən etibarən Rusiya ilə sərhəddə keçid məntəqəsinin iş saatlarını dəyişəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Kingisepp rayonunun rəhbəri Yuri Zapalatski öz Telegram kanalında xəbərdarlıq edib.

 

“Narva-1 sərhəd-keçid məntəqəsi 2024-cü il mayın 1-dən qısaldılmış iş qrafikinə keçəcək. Sərhəd-keçid məntəqəsinin yeni qrafiki: hər gün saat 7:00-dan 23:00-dək”.

 

Ruslardan ehtiyatlı olmaları və səfərlərini əvvəlcədən planlaşdırmaları istənilib.

 

Əvvəllər bildirilib ki, Narvada Estoniya ilə sərhədin mümkün bağlanması ilə bağlı xəbərdarlıqlar veriblər.

 

Rusiyadan gələn səyahətçilərə Estoniyaya daxil olarkən vərəqələr verilib. Jurnalistlərin fikrincə, Baltikyanı ölkə belə tədbirlər görə bilər, çünki guya Rusiya xüsusi olaraq “Aİ-yə daxil olmaq üçün qanuni hüququ olmayan əcnəbilər qruplarını” sərhədə göndərib.

 

Ruslara xəbərdarlıq edilib ki, sərhəd-keçid məntəqəsi bağlanarsa, səyahət edənlərin marşrutları bir neçə yüz kilometr arta bilər.

 

Bundan əvvəl Estoniyanın Rusiya ilə sərhəddə “əjdaha dişləri” quraşdırdığı bildirilirdi.

 

Nigar

 

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla