AZ

Gürcüstanın Azərbaycandan kauçuk alışı tarixi maksimuma çatıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 169 min ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ilin ən yüksək göstəricisidir və 2023-cü ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 33 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 18 % çoxdur. O cümlədən, Gürcüstan Çindən 8,8 milyon ABŞ dolları, Türkiyədən 6 milyon ABŞ dolları, Rumıniyadan 3,6 milyon ABŞ dolları, Yaponiyadan 2,2 milyon ABŞ dolları, Almaniyadan isə 2,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 156 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bunun da 204 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Seçilən
82
3
Mənbələr
Şərh ()
Bağla