AZ

Ermənilər İrəvan-Tbilisi yolunu bağlayıb

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edənlər yenidən İrəvan-Tbilisi magistral yolunu bağlayıblar.

 

Oxu24.com  xəbər  verir  ki, etirazçılar  yolu bağlamaqdan imtina edən avtomobillərin təkərlərini deşib.

 

Aprelin 20-dən Ermənistanda etirazçılar İran və Gürcüstana gedən avtomobil yollarını bağlayırlar.

 

Etirazçılar delimitasiya prosesinin dayandırılmasını və 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını tələb edirlər.

 

 

Nigar

 

Seçilən
89
22
Mənbələr
Şərh ()
Bağla