AZ

Türkiyədə “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi keçirilir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Seçilən
9
33
Mənbələr
Şərh ()
Bağla