AZ

ABŞ səfiriliyi Şuşada baş verən mina partlayışı barədə paylaşım edib

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı səfiriliyi bu gün Şuşada baş verən minapartlayışı barədə paylaşım edib.

Trend xəbər verir ki, bubarədə səfiriliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarətalması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəniminalardan təmizləmək səylərində Azərbaycana dəstək verməköhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onlarınailələrinin kədərini bölüşürük", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci iltəvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonununQaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkənpiyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Seçilən
12
16
Mənbələr
Şərh ()
Bağla