AZ

Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES – 2024” çoxmillətli təlim keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək./axar.az/

Seçilən
8
38
Mənbələr
Şərh ()
Bağla