AZ

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

İmişli-Biləsuvar

İmişli, 27 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İmişli-Biləsuvar avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-ci kilometrliyində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxaraq aşıb. Hadisə nəticəsində Vəliyev Ramil Bəhlul oğlu və Sadıqov Adil Kamil oğlu ölüb, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb, yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla