AZ

“Çempionatdakı istənilən komandanı uda bilərik” – Yer davası etməyən hücümçu

“Sabah”ın nigeriyalı hücumçusu Emmanuel Apeh Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın ötən turunda “Kəpəz” üzərində 2:1 hesablı qələbə qazandız. Məntiqlə ardıcıl 2 qələbədən sonra əhval-ruhiyyəniz yüksək olmalıdır.

- “Qarabağ”ı məğlub etdiyimiz matçdan sonra komandada xoş ab-hava var. Həmin matçda mütləq qələbə qazanmalıydıq və istəyimizə çatdıq. Məqsədimiz Avropada oynamaqdır deyə, motivasiya ən yüksək həddədir. Dayanmaq fikrimiz yoxdur, bu cür də davam etməliyik.

- “Qarabağ”a uduzsaydınız, avrokubok işiniz çətinə düşəcəkdi. Həmin 3 xal sizi xilas etdi. Razısan?

- Uduzsaydıq belə, yolumuza davam edəcəkdik. Düzdür, çətin olacaqdı, amma təslim olmayacaqdıq. “Kəpəz” üzərində qələbənin önəmi də böyükdür. Uzun yolçuluq, süni örtük, hava amili istər-istəməz çətinlik yaradır. “Turan Tovuz”la qarşılaşma yadınızdadır yəqin. Bu meydanda məğlub olmuşduq. Hər şey özümüzdən asılıdır. Çempionatdakı istənilən komandanı uda bilərik. Yetər ki, öz oyunumuzu göstərək.

- Gümüş medalları bayram etməyiniz nə dərəcədə real görünür?

- Mövsümü hansı yerdə başa vuracağımızı demək çətindir. İndidən sonluğu fantaziya etmirəm. Oyundan-oyuna baxırıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Hansı pillədə yer alacağımızı mayın sonunda görəcəyik.

HƏBİB

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla