AZ

Bir ilə premyer-liqaya qayıtdılar

“Lester”in premyer-liqa həsrəti bir il çəkib.

Artıq bu komandanın İngiltərə çempionatının yüksək liqasına qayıtması rəsmiləşib. Çempionşipdə mübarizə aparan “Lester” növbəti mövsüm premyer-liqada çıxış edəcək. Bu, ötən gecə “Kuins Park Reyncers” – “Lids” matçından sonra dəqiqləşib. “Lids” 0:4 hesabı ilə uduzub.

Nəticədə hazırda 94 xalla lider olan “Lester”in mövsümün sonunadək 2-ci pillədən aşağı düşməyəcəyi məlum olub.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla