AZ

Abşeronda tanışını yumruqla vurub öldürən şəxs tutulub

Bakı. Trend:

Bakı. Trend:

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlüZaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

Trend-inməlumatına görə, bu barədə Baş Prokurorluq və Daxili İşlərNazirliyinin birgə Məlumatında bildirilib.

Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polisidarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqlaicra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonununMəmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birindətanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonraaralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbəvurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi vəbundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslışübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraqistintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəlişəxs qismində tutulub.

Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında ZaurSeyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraqprokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrəzəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləridavam etdirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdanzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işibaşlanaraq istintaq aparılır.

Seçilən
17
26
Mənbələr
Şərh ()
Bağla