AZ

Müdafiə Universitetində Pakistan nümayəndələri ilə GÖRÜŞ 

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini ziyarət ediblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.

 

Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları maraqlandıran suallar cavablandırılıb.

 

Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Seçilən
46
14
Mənbələr
Şərh ()
Bağla