Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində üç nəfər ölüb.
"Ölkə.az" xəbər verir ki, hadisə Gorus-Qafan yolunda baş verib.
Hadisə zamanı 6 nəfərin yaralandığı da bildirilib.
Əraziyə xilasedicilər və təcili yardım briqadalı cəlb olunub. Fakt araşdırılır.(APA)