AZ

Tovuzda AĞIR QƏZA: yaralılar var

Tovuzda ikisi azyaşlı olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub.Nəticədə VAZ-ın sürücüsü 41 yaşlı Anar Həsənov, 15 yaşlı Nicat Həsənov və 15 yaşlı Famil Həsənli xəsarət alıb. Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Seçilən
34
6
Mənbələr
Şərh ()
Bağla