AZ

Cəlilabadda minik avtomobili yanıb 

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Amid Həsənova məxsus "VAZ 2107" markalı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
7
Mənbələr
Şərh ()
Bağla