AZ

Bu ölkədə 6,9 bal gücündə zəlzələ oldu

Yaponiyanın cənub-qərbində Oqasavara adaları yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, məlumatı Yaponiya Meteorologiya Agentliyi (JMA) yayıb. 6,9 bal gücündəki zəlzələ yerli vaxtla saat 17:36-da qeydə alınıb. Məlumata görə, zəlzələ 540 kilometr dərinlikdə olub.

Qeyd edək ki, Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənub-şərqdə və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.

Seçilən
80
5
Mənbələr
Şərh ()
Bağla