AZ

Cəlilabadda “VAZ-2107” markalı maşın yandı

Cəlilabadda nəqliyyat vasitəsi yanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Amid Həsənova məxsus “VAZ-2107” markalı minik avtomobili anidən alışıb.

Əraziyə FHN-nin Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, ətrafa keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
6
Mənbələr
Şərh ()
Bağla