AZ

“Turan Tovuz” “Neftçi” ilə oyuna itkilərlə çıxacaq

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, qərb bölgəsi təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq.

Tovuzluların müdafiəçisi Roderik Miller zədəlidir. Yarımmüdafiəçi Fərid Yusiflinin oynayıb-oynamayacağı matç günü bəlli olacaq. Ayxan Quseynovla Denis Marandiçi isə cəzalı durumdadır. Hər iki futbolçu 4-cü sarı vərəqə aldığı üçün oyunu buraxacaq.
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması sabah saat 17:45-də "Neftçi Arena"da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla