AZ

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

25-26 aprel 2024-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi” ilə bağlı tədbirlər planına uyğun olaraq “Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Şuşanın musiqi mədəniyyətinin hərtərəfli işıqlandırılmasına həsr olunub.

Təşkilat komitəsinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasından daxil olmuş, eyni zamanda Rusiyanın Saratov və Maqnitoqorsk şəhərlərindən, Özbəkistanın Daşkənd Dövlət Konservatoriyasından, Türkiyənin Osmaniye Korkut Ata Universitetindən, Oman Sultanlığından məruzələr daxil olub.

Məruzələrdən əvvəl Şuşa şəhərinin tarixi və müasir dövrünə həsr olunmuş xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Bundan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin tələbələrindən ibarət xorun ifasında “Şuşa” mahnısı (mus. Aysel Məmmədovanın, söz. Kübra Kərimlinin) təqdim olunub.

Beynəlxalq elmi-praktiki konfrans işini üç seksiyada davam etdirib.

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla