AZ

"Reuters"in prodüseri Moskvada HƏBS EDİLDİ

"Reuters" agentliyinin prodüseri Konstantin Qabov Moskvada ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin "Telegram" kanalında məlumat verilib.

İstintaqın məlumatına görə, Qabov "Navalny LIVE" "YouTube" kanalında çıxış edib. Sözügedən kanal Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent funksiyalarını yerinə yetirən təşkilatların reyestrinə daxil edilib, ekstremist təşkilat kimi tanınıb və Rusiyada qadağan edilib.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1 (ekstremist birlikdə iştirak) maddəsi ilə cinayət işi açılıb. O, iki ay müddətinə, yəni iyunun 27-nə kimi həbs edilib.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla