AZ

"Cəmiyyət insanlara sosial şəbəkələr üzərindən qiymət verir" 

Günümüzdə  çox sahələr real həyatdan virtual həyata, yəni sosial şəbəkələrə inteqrasiya edib. 

Sosial şəbəkələr həm şəxsi ünsiyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsində başlıca vasitə sayılır.

Sosial media məsləhətçisi Ələmdar Manafov "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki,  insanlar öz fəaliyyətlərini sosial media üzərində apararkən auditoriyanın geniş olmasına üstünlük verirlər:" Lakin  burada məsələ auditoriyanın geniş olması deyil, məhsul satmaq və reklamdır. Eyni zamanda əsas məsələ mövzu (content ) yaratmaq  və onu izləyicilərə göstərməkdir. Mənə edilən müraciətlər zamanı hər zaman qeyd edirəm ki, bir insan əsas öz  işini göstərməyə çalışmalıdır  və  sırf  izləyici artsın deyə bu işi görməməlidir".

Qeyd edək ki, həm də cəmiyyət insanları sosial şəbəkələrdəki fəaliyyətlərinə  görə daha yaxşı tanıyıb qiymət verirlər.

Ə. Manafov qeyd edir ki, çox vaxt  sosial nüfuz, insanlara və cəmiyyətə təsir edə bilir :"Lakin unutmamalıyıq ki, biz cəmiyyəti doğru istiqamətə aparsaq onlar bizi izləyəcək. 

Bir çox şirkətlər çalışır ki, sosial nüfuzu olan şəxsləri öz şirkətlərində sərbəst işlə təmin etsin. Çünki belə olduğu halda onların sosial nüfuzuna  da yaxşı təsir göstərir".

Havar Şəfiyeva  

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla