AZ

Kiyev İstanbulda razılaşmanı buna görə rədd etdi - Peskov

Kiyev Rusiya və Ukrayna arasında sülhü təmin etmək üçün İstanbulda tərəflərin parafladıqları müqaviləni Londonun birbaşa təzyiqi ilə imzalamaqdan imtina edib.

 

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov bildirib ki, hazırda danışıqlar üçün heç bir proqnoz yoxdur:

 

"Çünki Ukraynanın danışıqları qəbul etməməsi ilə bağlı mövqeyini hamı bilir. Bu səbəbdən xüsusi hərbi əməliyyat davam edir".

 

Peskov əlavə edib ki, Prezident Vladimir Putinin İstanbul danışıqları ilə bağlı fikri hamıya məlumdur:

 

“Putin Rusiya ilə Ukrayna arasında İstanbulda əldə olunan razılaşmanın sülh danışıqlarının yenilənməsi üçün əsas ola biləcəyini bildirmişdi”.

Seçilən
110
37
Mənbələr
Şərh ()
Bağla