“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir”.Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.H.Hacıyev xatırladıb ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb.