Bu gün Misli Premyer Liqasında 32-ci tura start verilib.
KONKRET.az xəbər verir ki, turun açılış matçında “Sabah” evdə “Səbail”lə qarşılaşıb.
Matç meydan sahiblərinin qələbəsilə başa çatıb – 2:0. Bu qələbə ilə xalını 49-a çatdıran “Sabah” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 47 xalla 4-cü pillədə olan “Sumqayıt” sabah “Qarabağ”a qalib gəlsə, yenidən 3-cü pilləyə qayıdacaq.
Qeyd edək ki, turun digər matçları 28 və 29 aprel tarixlərində oynanılacaq.
18:00. “Sabah” – “Səbail” – 2:0
Qol: Con İrasabal, 22, Cesse Sekidika, 39
“Bank Respublika Arena”