AZ

Almaniya və Azərbaycan arasında daha sıx əlaqələr qurulacaq – RƏYVİDEO

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, keçirdiyi görüşlər Almaniya-Azərbaycan münasibətlərinin yeni bir istiqaməti hesab etmək olar.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Zaur Məmmədov deyir ki, Avropa İttifaqının əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir.

Eyni zamanda, Almaniya artıq Cənubi Qafqazda formalaşmış geosiyasi reallığı qəbul edir, Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu və önəmini anlayır.

Xatırlatmaq lazımdır ki, Münxendə keçirilmiş görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh gündəminin irəli aparılması ilə bağlı çox səmərəli danışıqlar aparıldı. Ümumilikdə isə, Qərb Platformaları çərçivəsində Almaniya etibarlı tərəfdaş kimi çıxış edir və bitərəf mövqeyini qorumağı bacarır. Ermənistanla Azərbaycan arasındakı danışıqlara ev sahibliyi rolunda çıxış edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla