AZ

Azərbaycanın mülki əhalisi hər gün Ermənistanın yerləşdirdiyi minalarla üzləşir - Hikmət Hacıyev (FOTO)

Bakı. Trend:

Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi Ermənistanınyerləşdirdiyi mina təhlükəsi ilə üzləşir.

Trend-inməlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentininköməkçisi - Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev öz "X" səhifəsində yazıb.

"Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül“müharibə qalıqları” – Ermənistanın yerləşdirdiyi milyonlarla minailə üzləşir. Bu gün daha bir partlayış baş verib, nəticədəANAMA-nın əməkdaşı ağır xəsarət alıb", - deyə H.Hacıyev qeydedib.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci iltəvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonununQaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkənpiyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Məqalədə:
Seçilən
42
3
Mənbələr
Şərh ()
Bağla