AZ

Avropa İttifaqı Rusiya hakimiyyətini bəzi aktivlərin köçürülməsi qərarını ləğv etməyə çağırıb

Avropa İttifaqı Rusiya hakimiyyətini İtaliyanın “Ariston Thermo Group” və Almaniyanın “BSH Hausgerate” şirkətlərinin Rusiya aktivlərinin “Qazprom Household Systems” şirkətinin rəhbərliyinə verilməsi qərarını ləğv etməyə çağırır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə TASS Aİ-nin xarici siyasət xidmətinin bəyanatına istinadən xəbər verir.

Sənəddə deyilir: “Avropa İttifaqı Rusiyanı bu tədbirləri ləğv etməyə və hədəflədikləri Avropa şirkətləri ilə məqbul həll yolları axtarmağa çağırır”.

Aprelin 26-da Rusiya prezidenti Vladimir Putin “Ariston” və “BHS Hausgerate”in Rusiyadakı törəmə müəssisələrinin “Qazprom Bıtovye Sistemı” ASC-nin müvəqqəti idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovun “Ariston”un Rusiyadakı törəmə şirkətinin “Qazprom”a verilməsi qərarından sonra çağırılması barədə göstəriş verdiyini bildirib.

Nigar

 

Seçilən
155
50
Mənbələr
Şərh ()
Bağla