Hacıqabul sakinini ilan sancıb.
KONKRET.az-ın məlumatına görə, Hacıqabul rayonunun Udulu kənd sakini, 1993-cü il təvəllüdlü Aytəkin Məmməd qızı İsfaliyevanı gürzə sancıb.
Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən 31 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub.