AZ

Rasim Balayevdən Talehə sərt sözlər!

Xalq artisti Rasim Balayevlə aktyor Taleh Yüzbəyov arasındakı qalmaqal daha da alovlanıb.

OLAY yazır ki, R. Balayev Talehin sonuncu dəfə yazdığı fikirlərlə bağlı “Künc-bucaq” layihəsində danışıb.  O əvvəlcə filmlərimizdəki problemlərdən söz açıb:

“Bizim filmlərimizdə professional dramaturq materialı yoxdur. Yəni, filmin bel sütunu onun ssenarisi, rejissor adı və operator işidir. Təəssüf ki, bəzən səriştəsi olmayan adamlar çəkirlər. Bu da öz mənfi cəhətini göstərir. Bu gün tamaşaçı 40 il bundan əvvəlki tamaşaçı deyil. Bu gün həqiqətən rejissorun, yazanın , həm aktyorun işi daha ağırdır. Bugünkü tamaşaçı hər şeydən xəbərdardır. Ona görə də o qədər böyük ustalıq lazımdır ki, sən onları cəlb edə biləsən. Bax, bu, çatmır. Film vizual sənət olduğundan mətni çox sevmir. Mətn də çox lakonik olmalıdır, yığcam yazılmalıdır. Bu gün texnika da yaxşıdır. Təəssüf ki, televizya filmləri hiss olunur ki, tələsik çəkilir. Yəni, çəkilib verilmə naminə tələsirlər.  Qınamıram, qoy, çəksinlər. Amma tamaşaçılar narazıdır. Onlar indiki layihələrə vurulmurlar. Eşidirəm  ki, bizim köhnə filmlər, hansı ki, o vaxt uğur qazanmamışdı, bu gün çox baxılır. Çünki filmin məqsədi olur və tamaşaçıya mesaj göndərir. Bu gün bu yoxdur. Lazımsız dialoqlar və sairə var. Bir sözlə ustalıq çatmır ki, izləyicini razı salsın”.

R. Balayev daha sonra “Alatava” ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdə qaldığını deyib: 

“Mən fikrimdə qalıram. O filmi görməmişəm. Amma eşitmişəm ki, orada söyüşlər var və ekrandan deyilirsə, söyləmişəm ki, bu, tərbiyəsizlikdir. Mən filmin rejissor işi və ya ssenarisi ilə bağlı fikir deməmişəm. Çünki baxmamışam. Amma eşitmişəm ki, orada çoxlu söyüş var. Ekrandan söyüş söymək olmaz. Olar, əgər elə bir hadisə, tragik vəziyyət yaranar ki, kiminsə ağzından eşidilər. Bu çox nadir halda olar. Yoxsa ki, məişətdə, küçədə bir-biri ilə şit zarafatları ekrana çıxarmaq olmaz. Ekran özü həm istirahətdir, həm də bir tərbiyə vasitəsidir. Bu söyüşlə nə demək istəyirsən ki?  Əvvəlki filmlərimizdə uzaqbaşı situasiya elə yanır ki, obraz dözə bilmir söyüş səslənir. Söyüş təbiyəsizlik deyilsə, bəs nədir bunun adı, sənətdir? Əgər fikir demək istəyirsənsə, buna ustalığın varsa, tamaşaçıya nəsə aşılamaq istəyirsənsı, ağıllı bir şeydən istifadə et. Şöyüşdən niyə istifadə edirsən? Söyüş söyən adam acizdir. Müdrik adam söyüş söyməz. Aktyorları daha təbii etmək üçün başqa üsullar var. Rejissorun aktyorla çalışmaq məktəbi var. Söyüş məsləhət deyil. Söyüşü nadan, ömründə ədəbiyyat, mədəniyyət bilməyən adamlar söyür. Bəzən aktyorun baxışı elə söyüş söymək olar ki, o təhqirdən daha təsirli ola bilər. Bunun üçün aktyorla işləmək lazımdır. Yoxsa söyüşlə tamaşaçı cəlb edə bilməzsən”. 

Xalq artisti Talehin onlara cavab olaraq yazdığı statusdan xəbərdar olduğunu bildirib:

“Bəs, Taleh bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə deyib ki, ev alanlar və s. Bu, tərbiyəsizlikdir? Çox qələt danışıb. Çünki zaman elə gətirib ki, bəzi insanları dövlət qiyməyləndirib. Keçmişdə də olub. Nizamiyə və digər böyük şairlərə ənam veriblər. Şahlar onları qiymətləndiriblər. İndi Sovetdən gəlmədir, ad verirlər. Aktyorlara, sənət adamlarına, rejissorlara mənzil verirlər. Bu hökumətin sənətçiyə diqqətidir. Burada tərbiyəsiz nə var ki?  Birinci evi alıb, sonra ikinci, üçüncünü istəyənlərinki, bəli, həyasızlıqdır. Əgər belə şeylər varsa… Tutaq ki, gənc aktyordur, ona bir otaqlı ev veriblərsə, bu tərbiyəsizlikdir? Çox absurd fikirdir.  Elə ona görə də belə adamların filmi anlaşılmır. Çünki onların fikrində dumanlar var. Biz söyüşdən danışırıq, kimsə həyasızlıqla nəsə edirsə... Xalq artistidir xidməti var, hökumət evi verib. Nəyi pisdir ki? Mən erməninin evində 4 il kirayədə yaşamışam, tranvayda gəzmişəm. Xalq artisti idim maşınım yox idi. Pul toplaya-toplaya etdim. Yavaş-yavaş inkişaf edir. Dövlət müəyyən xidmətimi dəyərləndirdi, mənə ev verildi. Gördülər ki, evim yoxdur. Qonşulu evdə yaşayırdım. Evin 3 otağında mən, ikisində mühafizəçi yaşayırdı. Giriş bir idi. Gördülər əziyyət çəkir, heç nədən əsəbiləşirəm və bu, mənim yaradıcılığıma mənfi təsir göstərir, mənə əl tutdular. Bəli, bizim qonorarımız başqa ölkələrlə müqayisədə həmişə az olub. Özüm iki türk filmində çəkilmişəm. Eşitdim ki, orada aktyora ev vermirlər, amma yaxşı pul verirlər, o pulla ev alır. Bizdə az pul verirlər, amma pulsuz ev verirlər. Elə gəlib eyni şey olur”.

Qeyd edək ki, “Alatava”da söyüşlərin səslənməsini Xalq artistləri Əli Nur və R. Balayev sərt tənqid etmiş, ekran işinin aktyorları, xüsuilə də Yüzbəyov  onlara sərt cavab vermişdi.

Seçilən
62
43
Mənbələr
Şərh ()
Bağla