AZ

İYİ Partiyanın yeni sədri o seçildi

Türkiyədə İYİ Partiyasının yeni sədri məlum olub.

Yenicag.az xəbər verir ki, siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.

Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.

Qeyd edək ki, Partiyanın bundan əvvəlki sədri Meral Akşener olub.

Seçilən
103
17
Mənbələr
Şərh ()
Bağla