AZ

60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Buenos-Ayresdən olan 60 yaşlı jurnalist və hüquqşünas Alexandra Marisa Rodriqes “Miss Argentina” müsabiqəsinin iştirakçılarından biri olub.

AZƏRTAC “Independent” nəşrinə istinadla xəbər verir ki, Rodriges gözəllik stereotiplərinə meydan oxumağa hazırdır. O, müsabiqədə iştirakını qadınların təkcə xarici görünüşünə görə deyil, həm də istedadına görə qiymətləndiriləcəyi yeni dövrün başlanğıcı adlandırır. Alexandra jurnalistlərə müsahibəsində bildirib: “Düşünürəm ki, hakimlər mənim inamımı və mənsub olduğum nəslin qadınlarını təmsil etmək istəyimi gördülər”.

Rodriges “Miss Buenos Ayres” titulu uğrunda mübarizədə 34 rəqibini qabaqlayıb.

Müsabiqənin finalı mayın 25-də baş tutacaq və burada Rodriges 18-40 yaş arası rəqiblərlə qarşılaşacaq.

Qeyd edək ki, sentyabrın 24-də Meksikada keçiriləcək “Miss Universe” müsabiqəsi bu yaxınlarda yuxarı yaş həddini qaldırıb. İndi hər yaşda olan qadınlar gözəllik tacı uğrunda mübarizə apara bilər.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla