AZ

Ermənistanda dərəyə aşan İran avtobusunda ölənlərin sayı artıb

Ermənistanın Sünik rayonunda İran avtobusunun dərəyə aşması nəticəsində ölənlərin sayı artıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin məlumata görə, indiyədək 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerində iş davam edir.
Aprelin 27-də saat 17:27-də Milli Böhran İdarəetmə Mərkəzinə Sünik rayonunun Xotanan kəndi yaxınlığında avtobusun yoldan çıxaraq dərəyə düşməsi barədə siqnal daxil olub.
Verin Xotanan inzibati ərazi dairəsinin başçısı Rafael Qriqoryan NEWS.am-ə bildirib ki, avtobus İrəvandan İrana qayıdırmış. Sərnişinlər İran vətəndaşlarıdır.
Bəzi məlumatlara görə, avtobusda əyləcdə problemlər yaranıb.
Qriqoryan qeyd edib ki, zərərçəkənlər Kafan tibb mərkəzinə aparılıb. Xilasedicilər hələ də qəza yerində işləyirlər.
Azpost.info

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla