AZ

İstanbul derbisini “Fənərbağça” qazandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

KONKRET.az xəbər verir ki, 34-cü turda “Fənərbaxça” evdə “Beşiktaş”ı qəbul edib. Şükrü Saracoğlu adına stadionda keçirilən oyunda “Fənərbaxça” qalib gəlib – 2:1.

Qeyd edək ki, “Beşiktaş” oyunu 1 nəfər azlıqda başa vurub. Al-Mursati 25-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.

Bu komandalar arasında keçirilən son matçda “Fənərbaxça” 3:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Fənərbaxça” 89 xalla 2-ci, “Beşiktaş” isə 51 xalla 5-cidir. Turnir cədvəlinə 93 xalla “Qalatasaray” başçılıq edir.

Türkiyə Superliqası, 34-cü tur

“Fənərbaxça” – “Beşiktaş” – 2:1

Qollar: Batşuayi, 30, Kahveci, 69, – Tosun, 82

Qırmızı vərəqə: Al-Mursati, 25 (“Beşiktaş”)

Baş hakim: Volkan Bayarslan

Şükrü Saracoğlu adına İdman Kompleksi

Seçilən
107
5
Mənbələr
Şərh ()
Bağla