AZ

5 yaşlı uşaq nadir xəstəliyə tutuldu - FOTO

Böyük Britaniyada 28 yaşlı Meqan Brimson oğlunun gözlərində qeyri-adi ağ parıltı görüb.


Ana 5 yaşlı oğlunun sağ gözündəki bu qeyri-adi parıltıya görə həkimə müraciət edib. 

 

Sfera.az bildirir ki, gözdəki qeyri-adi parıltının xərçəng olduğu ortaya çıxıb. Uşağa retinoblastoma diaqnozu qoyulub. Ailə Uayt adasındakı xəstəxanaya gedəndə uşağı Kral London Xəstəxanasına köçürdüblər. Gözləri araşdırdıqdan sonra parıltının nadir xərçəng şişi olduğu ortaya çıxıb. Qeyd edək ki,  retinoblastoma xəstəliyi ancaq azyaşlı uşaqlara təsir edə bilən göz xəstəliyi diaqnozudur.

 

Körpə üçün yeganə həll yolu enukleasiya (gözün çıxarılması) olub. Əməliyyat artıq baş tutub, oğlan dörd kurs kimyaterapiyadan keçib. Qeyd edilir ki, Arlon adlı körpənin sağalması yaxşı irəliləyir və hazırda protez göz gözləyir.


Onu da qeyd edək ki, retinoblastoma olduqca nadir göz xəstəliyidir. 

 

Hekayə isə 2023-cü ilin avqustunda, Meqan oğlunun gözlərində ağ parıltı görməsi ilə başlayıb.

 

"Mən bir şey hiss etdim və ertəsi gün bacım onu ​​gündüz apardı. Mənə zəng etdi və xalası oğlu ilə otaqda günəş işığında oynayan zaman gözünün tamamilə ağardığını bildirdi. Mən o vaxt hamilə idim və həmin həftə həkim ziyarətə getməli idim. Ona görə də ondan məsləhət istəmək qərarına gəldim”-deyə ana bildirir. 

 

“Həkim mənə xəstəxanaya getməyi məsləhət gördü. İlk müayinə zamanı Arlonun gözünün arxasında çox böyük şiş olduğu məlum oldu. Cərrah Göz Xəstəxanasından idi və o, xərçəng olduğunu tam təsdiq etmədi, lakin bizi Kral London Xəstəxanasına göndərdi".

 

Londonda Arlon ümumi anesteziya altına alınıb. Həkimlər onun hər iki gözünü yoxlayıb və retinoblastoma olduğunu təsdiqləyiblər. Onun sağ gözünü çıxarmaq üçün əməliyyat lazım olub.

 

Childhood Eye Cancer Trust (CHECT) (Uşaqlıq Göz Xərçəngi Araşdırmaları) bildirir ki, retinoblastomun tipik əlamətlərinə yalnız müəyyən işıqlarda və ya göz qıyıldıqda görünə bilən ağ parıltı, eləcə də gözün görünüşündə dəyişikliklər daxildir.

 

"Simptomlar yüngül ola bilər və uşaqlar adətən sağlam görünür. Bu da diaqnozu çətinləşdirə bilər. Bütün halların demək olar ki, yarısından çoxu müalicənin bir hissəsi kimi gözün çıxarılmasını tələb edir" - deyə CHECT baş direktoru Riçard Eşton bildirib.

 

Aynil

Sfera.az

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla