AZ

Daha bir nəfər minaya düşdü – BU DƏFƏ AĞDAMDA

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.Senzor.az bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında belə deyilir.Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs - 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.Xatırladaq ki, işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu da xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Ona “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub.  Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Seçilən
25
40
Mənbələr
Şərh ()
Bağla