AZ

Britaniyada deputat başqa partiyaya keçib

Britaniyada

London, 28 aprel, AZƏRTAC

Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı və keçmiş nazir Daniel Poulter Leyboristlər Partiyasına keçdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, deputat bu barədə qərarını BBC telekanalına müsahibəsi zamanı elan edib. Psixiatr həkim olaraq da çalışan deputat qeyd edib ki, Mühafizəkarlar Partiyası artıq sosial xidmətlərə diqqət yetirmir.

“Səhiyyədə çalışan həmkarlarımın, xəstələrimin və seçicilərimin gözünə rahat vicdanla baxmaq getdikcə çətinləşib. Mənim seçildiyim partiya bir zaman sosial xidmətlərə dəyər verirdi, cəmiyyətdə daha az təminatlı təbəqəni dəstəkləməyə mərhəmətli baxışı var idi. Məncə, Mühafizəkarlar Partiyası bu gün çox fərqli yerdədir”,- deyə o, bildirib.

Daniel Poulter ümumi seçkilərə qədər Leyboristlər Partiyasının deputat kimi parlamentdə oturacağını və sonra istefa verəcəyini söyləyib.

Qeyd edək ki, Poulter 2012-2015-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla